Главная > Hadisə > Avtomobilin vurduğu qadın xəstəxanada ölüb
Avtomobilin vurduğu qadın xəstəxanada ölüb10-12-2020, 13:38. Разместил: azadses |
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dekabrın 9-u saat 8 radələrində Nərimanov rayonunun Təbriz küçəsi ərazisində şəhər sakini M.Ramazanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Fatma Delşadı vurub. Nəticədə piyada xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.Report Вернуться назад |