Главная > Hadisə > Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib


10-12-2020, 09:23. Разместил: azadses
Sumqayıtda idarə rəisi yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirus diaqnozu qoyulub.
Aparılan müalicə tədbirlərinə baxmayaraq vəziyyəti pisləşən İ. Abdullayev Bakıda xəstəxanalardan birində 58 yaşında vəfat edib.
Qeyd edək ki, İ. Abdullayev 2019-cu ilin martından Sumqayıt Sukanal İdarəsinin rəisi vəzifəsində çalışırdı.


Вернуться назад