Главная > Hadisə > Azərbaycanda daha bir yüksək vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO
Azərbaycanda daha bir yüksək vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO9-12-2020, 09:35. Разместил: azadses |
Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib. ''Azad Səs''-in xəbərinə görə, Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb. İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.Report Вернуться назад |