Главная > Hadisə > Neftçalada 47 yaşlı kişi bıçaqlanıb

Neftçalada 47 yaşlı kişi bıçaqlanıb


8-12-2020, 08:00. Разместил: azadses
Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, hadisə Bankə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Piriyev Rövşən Əlisahib oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад