Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan taxtadan ibarət təndirxananın yanar konstruksiyaları 50 m² sahədə yanıb. ''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.