Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular - FOTOLAR
- 26-10-2020, 12:41
- Hadisə
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində “Covid19” pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb.
Ev sahibi və məclisdə iştirak edən Sumqayıt şəhər sakini olan 20 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunublar.