Bakıda bir nəfərin ölümü, 2 nəfərin yaralanması ilə bağlı cinayət işi açılıb
- 30-07-2023, 12:45
- Hadisə
İyulun 29-da saat 23:00 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 2 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Suraxanı rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırma zamanı paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il tarixli Bəkir Qurbanovun bıçaq xəsarətləri alması, sonuncunun həmin xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
İmamverdi Quluzadə və Şahin Əhmədovun müalicəsi hazırda xəstəxanada davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
06:43
İyulun 29-də saat 23 radələrində Suraxanı rayonu Yeni Ramana qəsəbəsində evlərin birində 1997-ci il təvəllüdlü Qənbərov Bəkir Qanbay oğulunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, 1997-ci il təvəllüdlü Quluzadə İmamverdi və 1987-ci il təvəllüdlü Əhmədov Şahininin xəsarət alması ilə barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, ilkin məlumata görə, cinayət hadisəsi həmin şəxslər arasında şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.