Xırdalanda oğlan sevgilisini şəkilləri ilə şantaj etdi
Xırdalanda gənc qız şantaj olunub.
Lent.az xəbər verir ki, polisə şikayət edən Ş.A. qeyri-rəsmi nikah münasibətlərində yaşadığı İsmət adlı şəxsin onun səmimiyyətindən istifadə edərək qeyri-münasib şəkillərini çəkdiyini və bu şəkillərlə onu şantaj etdiyini bildirib.
Oğlan bu yolla sevgilisindən 3000 manatdan çox pul alıb.
Daxil olan şikayət əsasında Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlayıb.