Bakıda 15 yaşlı qız itkin düşüb
- 11-02-2023, 11:17
- Hadisə
Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Nizami rayonunda yaşayan 15 yaşlı G.Ə. fevralın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə onun atası E.Ə. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciətində bildirib.
Faktla bağlı həmin bölmədə araşdırma və əməliyyat tədbirləri aparılır.