Qusarda ev yanıb, nənə və yeddi yaşlı nəvəsi ölüblər
![Qusarda ev yanıb, nənə və yeddi yaşlı nəvəsi ölüblər](/uploads/posts/2023-01/er.jpg)
Qusar rayonunun Qələcuq kəndində yanğın baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini Ənvər Əlirzayevə məxsus yaşayış evi yanıb.
Yanğın söndürüldükdən sonra hadisə yerində 68 yaşlı Zərəngül Əlirzayeva və yeddi yaşlı nəvəsinin yanaraq öldükləri müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.