Sərxoş sürücü qəza törətdi - Ölən var
- 7-12-2022, 11:00
- Hadisə
![](/uploads/posts/2022-12/medium/1670391859_fotojet-2022-11-21t190717_939-1.jpg)
Dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.
Faktla bağlı araşdırma aparılır.