Metroda sərnişinin halı pisləşdi - AÇIQLAMA + FOTO
- 3-11-2022, 11:13
- Hadisə
Bakı metropoliteninin “28 May” stansiyasında sərnişinlərdən birinin halı pisləşib.
Oxu.Az xəbər verir ki, kişi sərnişin metropoliten işçiləri tərəfindən oturacağa uzadılıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəstəyə tibbi yardım göstərilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun Oxu.Az-a verdiyi açıqlamaya görə, 63 yaşlı sərnişinin ürək-damar sistemində problem var, bu səbəbdən halı pisləşib:
“Metropoliten əməkdaşları xəbər tutan kimi yaxınlaşıb ilkin yardım göstəriblər. Həmçinin dərhal təcili tibbi yardım xidməti çağırılıb, onlar da tibbi yardım göstəriblər. Hazırda vəziyyəti normaldır”.