Ermənistanda ehtiyatda olan hərbçi həmkarının açdığı atəş nəticəsində ölüb
- 30-10-2022, 17:52
- Hadisə
Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçinin güllə yarasından öldüyü barədə məlumat yayıb.
“Oktyabrın 29-da həmkarının açdığı atəş nəticəsində ehtiyatda olan sıravi, 1985-ci il təvəllüdlü Misak Norayroviç Petrosyan ölümcül güllə yarası alıb. Baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq üçün araşdırma aparılır”, - deyə qurumun mətbuat xidmətinin Ermənistan mediasında dərc olunan məlumatında bildirilib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, insident ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müdafiə hissəsinin döyüş postunda baş verib.
İlkin məlumatlara görə, sıravi ehtiyatda olan hərbçi həmkarı Misak Petrosyanla mübahisə edib. Mübahisə zamanı o, pulemyotdan atəş açıb və Misakı baş nahiyəsindən ölümcül yaralayıb. Daha sonra isə öz ayağına atəş açıb.
Faktla bağlı cinayət işi başlanıb.