azadses.az » Hadisə » ANAMA əməliyyat meneceri: “Cəbrayılda minaaxtaran it öz sahibini qoruyarkən minaya düşərək ölüb” - FOTO

ANAMA əməliyyat meneceri: “Cəbrayılda minaaxtaran it öz sahibini qoruyarkən minaya düşərək ölüb” - FOTO

Ötən gün Cəbrayıl rayonu ərazisində ərazilərin minalardan təmizlənməsi zamanı bir mina təmizləyən it minaya düşərək tələf olub.

Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin minaaxtaran itlərlə iş üzrə qrupun əməliyyat meneceri Azər Hüseynov “Report”un Qarabağ bürosuna bildirib ki, minaaxtaran itin minaya düşməsi öz sahibini qorumağa cəhd edərkən baş verib:

“Sahibini xilas edən və özü minaya düşərək ölən “Dina” ləqəbli minaaxtaran it burada olan itlərdən öz iş qabiliyyətinə görə üstün idi. “Dina” sahibini xilas edərək özü tələf olub. Bu da onu deməyə əsas verir ki, it öz sahibinə çox bağlı olub”.

Azər Hüseynov qeyd edib ki, minaaxtaran itlərin yetişdirilməsi ilə bağlı bir neçə mərhələdən ibarət təlimlər təşkil edilir:

“İtlər öz sahiblərinə qarşı çox etibarlı olurlar. Xüsusi əməliyyatlarda istifadə olunan itlər bir neçə mərhələdən ibarət olan təlimlərdən keçirilərək yetişdirilir. İtlərin yetişdirilməsində aparılan təlimlər itin 3 aylığında başlanılır. İtlərin yetişdirilməsində təlimçilərlə xarakter uyğunluğu mütləq şəkildə nəzərə alınmalıdır ki, onların arasında ünsiyyət yarana bilsin. Belə olan halda it öz sahibinə daha çox etibarlı olur”.

Mütəxəssis onu da qeyd edib ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsində istifadə edilən itlər əsasən Belçika və alman çoban itləridir. Əsas cins isə “Malinua” cinsidir. Bu itlərə üstünlük verilməsinin əsas şərtlərindən biri, onların daha etibarlı və itaətkar olmasıyla bağlıdır.

“Həmin itlər ilkin təlimlərini həmin ölkələrdə alır. Azərbaycana gətirildikdən sonra həmin itlərin təlimləri bir neçə mərhələdən keçməklə davam etdirilir. Son təlim mərhələləri yerli mütəxəssislər tərəfindən həyata keçiriləndən, itlər akkreditasiya olunduqdan sonra, mina sahəsinə buraxılır. İtlərin yetişdirilməsi üçün keçirilən hər bir mərhələ ayrı-ayrı mütəxəssislər tərəfindən aparılır”, - A. Hüseynov bildirib.

Ərazilərin minalardan təmizlənməsində itlərdən istifadə ən etibarlı sahə hesab edilir. Lakin, itin minaya toxunaraq partlaması və hadisənin birbaşa mina təmizləmə poliqonunda olması bəzən yanlış anlaşılır. Mütəxəssis qeyd edir ki, itlərin təmizləmə sahəsində hərəkəti bəlli bir genişlikdə və 10 metri aşmayan məsafədə olur.

Azər Hüseynov onu da bildirib ki, mina partlaması nəticəsində “Dina”nın təlimçisinin heç bir ciddi xəsarəti qeydə alınmayıb.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?