Masallıda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb
- 28-08-2022, 15:22
- Hadisə
![](/uploads/posts/2022-08/medium/1661681453_fotojet-2022-08-28t110437_698.jpg)
FHN-dən Oxu.Az-a bildirilib ki, yanğın nəticəsində təxminən 5,5 hektar sahədə kol-kos və ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup yerli sakin iştirak edib.