Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd etdi
![](/uploads/posts/2022-07/medium/1658825358_fotojet-2022-07-26t120821_612.jpg)
Bu gün səhər saatlarında rayon sakini İlqar Vəliyev özünü yandırmağa çalışıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev şəhər ərazisində özünü yandırmağa cəhd göstərib:
“Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır”.