Azərbaycanın şimal rayonlarında yağışlı hava şəraiti davam edir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İntensivləşən leysan yağış nəticəsində ötən gecə saat 23:10 radələrində Kürmükçay İlisu məntəqəsindən sel keçib.