Ukraynada daha bir azərbaycanlı zabit yaralanıb
Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb.
Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur.
O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.
“Vəziyyəti normaldır. O və digər burada yaralı yatan azərbaycanlı, Ukrayna ordusunun əsgəri Əliyev Raqif bizim də nəzarətimizdədir. Növbəti dəfə bu gün baş çəkəcəyik”, - Ə.Səfərov əlavə edib.