Türk Hava Yollarının Qaziantep – İstanbul reysini həyata keçirən təyyarə təcili eniş edib.
Layner havaya qalxdıqdan qısa müddət sonra ildırım düşüb.
Bu səbəbdən hava gəmisi Adanada eniş etməyə məcbur olub.
Təhlükəsiz yerə enən təyyarədəki sərnişinlərin böyük təşviş içərisində olduğu bildirilib.