“Azərişığ”ın əməkdaşlarına qarşı günün ikinci olayı - Bu dəfə bıçaqladılar
Bu gün Azərbaycanda "Azərişığ"ın əməkdaşlarına qarşı günün ikinci kriminal hadisəsi baş verib.
"Azadsəs.az" xəbər verir ki, Lənkəranda qurum əməkdaşının maşınının yandırılmasından sonra bu dəfə Ağdamın Quzanlı qəsəbəsində "Azərişığ"ın iki əməkdaşı bıçaqlanıb.
Belə ki, Oğuz rayonu, Bayan kənd sakini Rəhim Kərimov Quzanlıda qonaq qaldığı evdə “Azərişığ”ın iki əməkdaşına bıçaqla xəsarət yetirib.
Belə ki, o, elektrik sayğacının yoxlanılması əsnasında aralarında yaranmış münaqişə zamanı rayonun İmamqulubəyli kənd sakinləri - 1959-cu il təvəllüdlü Firdovsi Mirzəyev və 1962-ci il təvəllüdlü Şükür Mirzəyevi bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı saytımıza açıqlamasında bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.