Türkiyənin Adana vilayətinin Ceyhan rayonunun bələdiyyə binasında əməliyyat keçirilib. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, rüşvət iddiası ilə həyata keçirilən əməliyyat nəticəsində bələdiyyə sədri Kadir Aydar və daha 23 nəfər tutulub.
Gecə saatlarında başlayan əməliyyatdan əvvəl isə bələdiyyə sədri vəzifəsindən azad edilib. Qeyd edək ki, K.Aydar müxalifətdə olan Cumhuriyyət Xalq Partiyasının üzvüdür.