Главная > Dünya > Rusiya yeni PUA-lar üçün hərəkətə keçdi - Putin təcili təlimat verdi

Rusiya yeni PUA-lar üçün hərəkətə keçdi - Putin təcili təlimat verdi


7-12-2020, 14:50. Разместил: azadses
Hava hücumundan müdafiə sistemləri Liviya, Suriya və Dağlıq Qarabağda Türkiyənin pilotsuz uçuş aparatlarına uduzan Rusiya yeni həmlə edir.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Prezident Vladimir Putin Rusiya Müdafiə Nazirliyinə “Ovçu” (Oxotnik) adlı yeni hücum PUA-larının hazırlanması üçün təcili kodu ilə təlimat göndərib.
Qeyd edək ki, PUA-ların ordu arsenalına daxil edilməsi 2024-cü il üçün planlaşdırılmışdı.
İstehsal üçün “Sukoi” istehsalçı şirkətlə 2011-ci ildə müqavilə imzalanmışdı.
Xatırladaq ki, Kremlə yaxın “Komsomolskaya Pravda” qəzeti “Rusiya silahlı PUA döyüşünə hazırdırmı?” başlıqlı məqaləsində suala “yox” cavabı vermişdi.

Вернуться назад