Главная > Dünya > Gürcüstanda koronavirusa 2 501 yeni yoluxma təsdiqlənib

Gürcüstanda koronavirusa 2 501 yeni yoluxma təsdiqlənib


7-12-2020, 11:07. Разместил: azadses
Gürcüstanda ötən sutkada koronavirusa 2 501 yeni yoluxma halı qeydə alınıb, 3 988 nəfər sağalıb, 36 pasiyent isə vəfat edib.
''Azad Səs'' xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 164 976 nəfərə çatıb. Onların 137 499-u sağalıb, 1 540-ı isə ölüb.
Hazırda karantin rejimində 1 267, stasionar nəzarətdə isə 6 963 nəfər saxlanılır. 3 744 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.Report


Вернуться назад