Главная > Dünya > Rusiya müdafiə nazirinin qızı federasiya prezidenti seçildi

Rusiya müdafiə nazirinin qızı federasiya prezidenti seçildi


5-12-2020, 14:10. Разместил: azadses
Rusiya Triatlon Federasiyasının yeni prezidenti müəyyənləşib.
''Azad Səs'' xəbər verir ki, bu vəzifəyə ölkənin müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu seçilib.
Yeni təyinat federasiyanın bugünkü hesabat-seçki konfransı zamanı baş tutub.
Qeyd edək ki, daha əvvəl triatlon federasiyasına Pyotr İvanov başçılıq edirdi. O, noyabrın 30-dan Ümumrusiya Yüngül Atletika federasiyasının rəhbəri vəzifəsində çalışır.Report

Вернуться назад