Главная > Dünya > Yeni İl tətilində sərt karantin tətbiq olunacaq - İtaliyada
Yeni İl tətilində sərt karantin tətbiq olunacaq - İtaliyada4-12-2020, 10:47. Разместил: azadses |
İtaliyanın Baş naziri Cuzeppe Konte Yeni İl tətilində sərt karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Konte komendant saatının 22:00-07:00 arasında olacağını, Yeni İl günü və sonrası xüsusi əyləncə proqramlarının təşkil edilməyəcəyini bildirib. “Pandemiyanın sonuna gedən yol hələ uzundur. Yanvar ayında baş verə biləcək 3-cü dalğanın qarşısı alınmalıdır. 21 dekabr - 6 yanvar tarixlərində daha çox məhdudiyyətli tədbirlər tətbiq etməliyik. Buna görə məcburi və fövqəladə hallar istisna olmaqla, bölgələr arasında səyahət etmək qadağandır. Bundan əlavə, şəhərlərarası səyahət 25 -26 dekabr və 1 yanvar tarixlərində qadağandır”, - deyə Baş nazir vurğulayıb. Alış-verişə hər hansı bir məhdudiyyət qoymaq istəmədiklərini dilə gətirən Konte “Mağazalar 4 dekabr - 6 yanvar tarixlərində axşam saat 21:00-a qədər açıq olacaq”,- deyə bildirib. Qeyd edək ki, İtaliyada son 24 saatda 993 nəfər ölüb. Ölkədə ümumilikdə 1 milyon 664 min 829 nəfər virusa yoluxub, 58 min 38 nəfər xəstəliyin qurbanı olub. Вернуться назад |