Главная > Dünya > Fransada onlarla məscid istintaqa cəlb ediləcək
Fransada onlarla məscid istintaqa cəlb ediləcək4-12-2020, 09:01. Разместил: azadses |
Fransa dini ekstremizmin artan təhlükəsi ilə mübarizə çərçivəsində dini ideologiyanın “qızışdırılmasında” şübhəli bilinən onlarla məscidin fəaliyyətinin araşdırılmasına başlayacaq. ''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Cerald Darmanin bildirib. Darmanin iddia edib ki, ölkədəki 2 600-dən çox məscidin 76-ı Fransanın respublika dəyərlərinə və onun təhlükəsizliyinə mümkün təhlükə kimi qeydə alınıb. Onun sözlərinə görə, əgər şübhələr təsdiqlənsə, məscidlər bağlanacaq. Müstəntiqlər şübhəli hesab etdikləri məscidlərin maliyyələşdirilməsi və imamların həyatının araşdırılması ilə məşğul olacaqlar. Qeyd edək ki, dekabrın 2-də Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər. Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər. AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb. Вернуться назад |