Главная > Dünya > Rusiyada film kimi hadisə: Avtoritet ərini öldürüb, cəsədini yeddi il gizlətdi
Rusiyada film kimi hadisə: Avtoritet ərini öldürüb, cəsədini yeddi il gizlətdi4-12-2020, 08:51. Разместил: azadses |
Rusiyanın Buryatiya Respublikasında qazıntı işləri zamanı yeddi il əvvəl yoxa çıxan və itkin düşmüş kimi siyahıya alınan kriminal avtoritetin cəsədinin qalıqları tapılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin respublika şöbəsinin rəsmi nümayəndəsi Dmitri Stolyarov Lenta.ru-ya bildirib. Cəsəd bir yorğana və qan izləri olan bir parçaya bükülmüş olub. Fakta bağlı cinayət işi başlanıb. Qadının sözlərinə görə, 28 sentyabr 2013-cü il tarixdə əri ilə mübahisə zamanı evdə saxlanılan silahı götürərərək özünü müdafiə etmək üçün onu başından vurub. Avtoritet yerindəcə ölüb. Qadın onun cəsədini maşınla kəndin kənarında basdırıb və daha sonra polisə ərinin itkin düşdüyünü bildirib. Tapançanı isə quyuya atıb. Cəsədi tapılandan sonra kriminal aləmdən tanışları avtoritetin arvadının yanına gəlibər. Qadın intiqamdan qaçmaq üçün hər şeyi polisə etiraf etməyi seçib.Oxu.az Вернуться назад |