Главная > Dünya > Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir

Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir


4-12-2020, 08:30. Разместил: azadses
Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.
"Hər bir erməni kimi mən də bu reallıqla barışa bilmirəm", - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını qənaətbəxş hesab etmir və buna görə də mandatdan imtina qərarına gəlib.
"Əmin etmək istəyirəm ki, əvvəllər olduğu kimi, gələcəkdə də, bütün səylərim və addımlar hansı sahədə işləyəcəyimdən asılı olmayaraq, vətənimizin və xalqımızın xeyrinə yönəldiləcək”, - o əlavə edib.


Вернуться назад