Главная > Dünya > Rusiyada son sutkada 554 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 554 nəfər koronavirusdan ölüb


3-12-2020, 11:14. Разместил: azadses
Rusiyada son bir gündə daha 28 145 nəfərə COVID-19 diaqnozu qoyulub.
''Azad Səs'' xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 375 546 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 554 nəfər artaraq 41 607-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 859 851 nəfər sağalıb.Report

Вернуться назад