Главная > Dünya > Morqda sağ tapılan azyaşlı beş həftə sonra öldü

Morqda sağ tapılan azyaşlı beş həftə sonra öldü


3-12-2020, 08:21. Разместил: azadses
Meksikanın Puebla şəhərində yerləşən morqdakı dondurucu kamerada sağ tapılan azyaşlı ölüb. 
Bununla bağlı “New York Post” məlumat yayıb. 
Bildirilib ki, azyaşlı cəmi beş həftə həyatda qalmaq uğrunda mübarizə apara bilib. 
Qeyd edək ki, Lazarito Albino adlı qadın oktyabrın 21-də hamilələiyinin 23-cü həftəsində uşaq dünyaya gətirib. Həkimlər uşağın ölü doğulduğunu bildirərək, onu morqa yerləşdiriblər. 
Altı saatdan sonra dəfn agentliyinin əməkdaşları uşağı dondurucu kamerada sağ aşkarlayıblar. O, dərhal xəstəxanaya yerləşdirilib. 
Azyaşlının valideynləri xəstəxananı məsuliyyətsizlikdə ittiham edir.Oxu.az


Вернуться назад