Главная > Dünya > Türkiyədə koronavirusdan rekord sayda ölüm

Türkiyədə koronavirusdan rekord sayda ölüm


1-12-2020, 19:51. Разместил: azadses
Türkiyədə koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində pandemiyadan 190 nəfər ölüb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib. 
 
Nazirin sözlərinə görə, son sutkada 180 312 nəfər koronavirus  testindən keçib,  6101 xəstənin COVID-19 testi pozitiv çıxıb.
 Qeyd edək ki, Türkiyədə bu günədək 506 966 nəfər koronavirusa yoluxub, onlardan 13 936 nəfəri vəfat edib.



Вернуться назад