Главная > Dünya > Eks-prezident Paşinyanı “zərərverici ruhi xəstə” ADLANDIRDI
Eks-prezident Paşinyanı “zərərverici ruhi xəstə” ADLANDIRDI30-11-2020, 13:19. Разместил: azadses |
Ermənistanın baş naziri Nikol Paşinyanla eks-prezidentlər arasında söz savaşı davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, birinci prezident Levon Ter-Petrosyan da Paşinyana sərt ittiham irəli sürüb. “Cənab Ter-Petrosyan xalqı uçuruma aparan "zərərverici ruhi xəstə"nin ittihamlarını şərh etməkdə məna görmür. Nə istəyir, qoy danışsın. Onsuz da, onun bəraət qazanmaq şansı yoxdur. Erməni xalqı onu bağışlamayacaq”- deyə Ter-Petrosyanın başçılşıq etdiyi Erməni Milli Konqresi açıqlama verib. Bundan əvvəl, eks-prezident Robert Koçaryan da mətbuat xidməti vasitəsilə Paşinyana sərt cavab vermişdi. Вернуться назад |