Главная > Dünya > Rusiyada pandemiya qurbanlarının sayı 40 minə çatır
Rusiyada pandemiya qurbanlarının sayı 40 minə çatır30-11-2020, 11:42. Разместил: azadses |
Rusiyada son bir gündə daha 26 338 nəfərə COVID-19 diaqnozu qoyulub. ''Azad Səs'' xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 295 654 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 368 nəfər artaraq 39 895-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 778 704 nəfər sağalıb.Report Вернуться назад |