Главная > Dünya > Ermənistanda son sutkada 22 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 22 nəfər koronavirusdan ölüb


30-11-2020, 10:17. Разместил: azadses
Ermənistanda daha 356 nəfərdə koronavirus aşkarlanıb.
''Azad Səs'' xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 135 124 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 164-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 538-ə yüksəlib. İndiyədək 108 442 nəfər infeksiyadan sağalıb.Report

Вернуться назад