Главная > Dünya > “Sərhədsiz Reportyorlar” Fransadakı etirazlarda polis şiddətini qınadı
“Sərhədsiz Reportyorlar” Fransadakı etirazlarda polis şiddətini qınadı29-11-2020, 16:15. Разместил: azadses |
“Sərhədsiz Reportyorlar” təşkilatı Fransadakı etiraz aksiyaları zamanı polis şiddətini qınayıb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Kristof Deluar Tvitter hesabında paylaşım edib. Deluar Əsəd rejimindən qaçaraq Fransada sərbəst fotomüxbir kimi çalışan Əmir əl-Həlbinin xəstəxana yatağında yaralı vəziyyətdə olan fotosunu paylaşıb. Baş katib onun fransız polisi tərəfindən dəyənəklərlə döyüldüyünü qeyd edib. “Fransız polisinin bu şiddəti qəbuledilməzdir. Həlbi təhdidlərə məruz qalmamalıdır, əksinə, bir neçə suriyalı jurnalistlə qaçqın olaraq gəldiyi Fransada qorunması lazımdır”. Вернуться назад |