Главная > Dünya > “Çıxılmaz vəziyyətə düşdük, mən nə edə bilərdim?” - Paşinyan
“Çıxılmaz vəziyyətə düşdük, mən nə edə bilərdim?” - Paşinyan29-11-2020, 15:30. Разместил: azadses |
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib. ''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, ikinci Qarabağ müharibəsindəki məğlubiyyət səbəbindən ittiham olunan baş nazir mövcud vəziyyətə aydınlıq gətirməyə çalışıb. "2018-ci ildə baş nazir vəzifəsinə başladıqdan sonra təbii ki, vəziyyətlə tanış oldum. Nə edə bilərdim? Mən xalqa müracət edə və deyə bilərdim ki, dostlar, vəziyyət belədir: ya 7 rayonu Qarabağın statusu olmadan veririk, ya da müharibə olacaq. İnsanlar nə deyəcəkdilər?Təbii ki, savaşacaqlarını... Müharibə başlayacaqdı və Ermənistanın onu başlatdığı ortaya çıxacaqdı. Əgər mən 7 rayonu verək desəydim, insanlar "Nikol xəyanətkardır, müharibə yenidən başlayardı" deyəcəkdilər". Paşinyanın sözlərinə görə, münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışsaydı, ondan qoşunların geri çəkilməsi üçün konkret cədvəl tələb olunacaqdı. O, buna razı olsaydı, yenə xain adlandırılacaq və müharibə yenidən başlayacaqdı... "Beləliklə, 2018-ci ildən bəri Qarabağ məsələsi çıxılmaz vəziyyətə gəldi, yalnız bir çıxış yolu var idi - ərazilərin qeyd-şərtsiz təhvil verilməsi, həm də Azərbaycanın yeni tələblər irəli sürməyəcəyinə dair zəmanət olmadan. Bu, yeni bir müharibə riski demək idi". Bundan əlavə, Paşinyan qeyd edib ki, əvvəldən müharibəni dayandırsaydı, yenə vəziyyət dəyişməyəcəkdi, yeddi rayondan imtina etməyə məcbur qalacaqdılar. Вернуться назад |