Главная > Dünya > Rusiyada son sutkada koronavirusdan 500-ə yaxın insan ölüb
Rusiyada son sutkada koronavirusdan 500-ə yaxın insan ölüb27-11-2020, 11:23. Разместил: azadses |
Rusiyada son bir gündə daha 27 543 nəfərə COVID-19 diaqnozu qoyulub. ''Azad Səs'' xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 215 533 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 496 nəfər artaraq 38 558-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 712 174 nəfər sağalıb.Report Вернуться назад |