Главная > Dünya > Fransada müəllimin qətli ilə bağlı yeniyetmələr ittiham olunur
Fransada müəllimin qətli ilə bağlı yeniyetmələr ittiham olunur26-11-2020, 15:41. Разместил: azadses |
Oktyabrın 16-da Paris yaxınlığındakı Konflan Sent Onorin qəsəbəsində tarix müəllimi Samuel Patinin qətlə yetirilməsinə dair aparılan təhqiqat çərçivəsində dörd nəfər yeniyetməyə qarşı ittiham irəli sürülüb. ''Report'' yerli KİV-ə istinadən xəbər verir ki, həmin uşaqlardan 13-14 yaşlarındakı üç nəfər müəllimin 18 yaşlı qatilinə onu işarə verərək əlbirlikdə, dördüncüsü isə müəllimə qarşı böhtançı ittihamlar irəli sürməkdə ittiham olunur. Xatırladaq ki, 47 yaşlı tarix müəllimi S.Pati sərbəst dərs zamanı Məhəmməd peyğəmbərin karikaturasını uşaqlara göstərdikdən sonra paytaxt küçəsində rusiyalı köçkün, milliyyətcə çeçen olan 18 yaşlı Abdullah Anzorov tərəfindən qətlə yetirilmişdi. Bu hadisə Fransada hiddətlə qarşılanaraq prezident Emanuel Makronu islamçı ekstremizmə qarşı kampaniyaya başlamaq üçün təkan verdi. Вернуться назад |