Главная > Dünya > Karantin rejimi yanvarın 31-dək uzadıldı - Gürcüstanda

Karantin rejimi yanvarın 31-dək uzadıldı - Gürcüstanda


26-11-2020, 14:25. Разместил: azadses
Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq ölkə ərazisində noyabrın 28-dən yanvarın 31-dək sərbəst hərəkət saat 21:00-dan 05:00-dək məhdudlaşdırılıb.
 
Müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.
 
Sərbəst hərəkətə gətirilən məhdudiyyətə yalnız yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 6-dək icazə veriləcək.
 
Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, noyabrın 28-dən yanvarın 31-dək ölkə ərazisində dəmiryolu, avtobus və mikroavtobuslarla müntəzəm sərnişin daşımalarına da məhdudiyyət tətbiq ediləcək.
 
Məhdudiyyətin taksi fəaliyyətinə şamil edilmədiyi bildirilib.Pravda.az

Вернуться назад