Главная > Dünya > Amerika bu iki ölkəyə sanksiya tətbiq edəcək
Amerika bu iki ölkəyə sanksiya tətbiq edəcək26-11-2020, 08:39. Разместил: azadses |
ABŞ Rusiya və Çinin dörd təşkilatına qarşı İranın nüvə proqramına yardımı ittihamı ilə sanksiya tətbiq edəcək. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir kli, bu barədə “Reuters” agentliyi məlumat yayıb. ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın sözlərinə görə, sanksiyalarla bağlı müvafiq qərar noyabrın 25-də qəbul ediləcək. O, qeyd edib ki, Vaşinqton İrana təzyiq göstərməyə davam edəcək. E.Abrams, həmçinin dekabr və yanvar aylarında Tehrana qarşı sanksiyaların genişləndiriləcəyini diqqətə çatdırıb. Вернуться назад |