Главная > Dünya > Ermənistanda daha bir nazir istefaya göndərilir
Ermənistanda daha bir nazir istefaya göndərilir24-11-2020, 12:06. Разместил: azadses |
Ermənistan ədliyyə naziri Rüstəm Badasyan çox güman ki, vəzifəsindən azad ediləcək. ''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzetin qeyd etdiyinə görə, Ermənistan polisinin keçmiş rəis müavini Ovannes Köçəryan nazir vəzifəsinə namizədlər arasında olsa da, o, belə təklifi rədd edib. “Hazırda hökumət iki qadın – keçmiş ədliyyə nazirinin müavini, hazırda baş nazirin müşaviri olan Anna Vardapetyan və nazirin hazırkı müavini Kristina Qriqoryan arasında seçim edir”, - nəşr bildirib. Qeyd edək ki, R.Badasyan 2019-cu il iyunun 19-da Ermənistanın ədliyyə naziri təyin edilib. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında hökumətdə kadr islahatları olacağını elan etmişdi. Artıq xarici işlər naziri Zöhrab Mnatsakanyan, fövqəladə hallar naziri Feliks Tsolakyan, əmək və sosial işlər naziri Zarui Batoyan, müdafiə naziri David Tonoyan və elm, təhsil və mədəniyyət naziri Araik Arutunyan istefa veriblər. Вернуться назад |