Главная > Dünya > Ermənistanda koronavirusdan ölənlərin sayı 2 000-i ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 000-i ötdü


24-11-2020, 10:43. Разместил: azadses
Ermənistanda daha 813 nəfərdə koronavirus aşkarlanıb.
''Azad Səs'' xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 127 522-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 002-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 507-yə yüksəlib. İndiyədək 98 944 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 26 069 aktiv koronavirus xəstəsi var.Report

Вернуться назад