Главная > Dünya > Ermənistan MN-in binası qarşısında etiraz aksiyası

Ermənistan MN-in binası qarşısında etiraz aksiyası


23-11-2020, 13:49. Разместил: azadses
Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında İkinci Qarabağ Müharibəsində itkin düşən erməni hərbçilərin yaxınları toplaşıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etirazçılar keçmiş müdafiə naziri David Tonoyanın onlarla görüşməsini və suallara cavab verməsini tələb edirlər.

Valideynlərin bəziləri itkin düşənlər arasında tapılması vacib olan və təcili yardıma ehtiyacı olan yaralıların olduğuna əmindir.

“Mənim Adımım” fraksiyasından olan Ermənistan parlamentinin deputatı (parlamentin müdafiə komissiyasının rəhbəri) Andranik Köçəryan etirazçıların qarşısına çıxaraq qaldırılan məsələlərin saat 16: 30-da hökumətdə müzakirə ediləcəyini, bundan sonra etirazçılara bu barədə məlumat veriləcəyini bildirib.

Köçəryan jurnalistlərə açıqlamasında məsələnin Rusiya rəhbərliyi ilə müzakirə olunduğunu bildirib.

Hazırda etirazçılar Müdafiə Nazirliyinin binası qarşısında açıqlama gözləyirlər.

Вернуться назад