Главная > Dünya > İranlı deputat: Həmin gecə İran səmasında başqa təyyarə də var idi

İranlı deputat: Həmin gecə İran səmasında başqa təyyarə də var idi


13-01-2020, 22:28. Разместил: azadses
Ukrayna Hava Yollarına məxsus Boeing təyyarəsi qəzaya uğrayan gecə Tehran səmasında daha bir təyyarə olub.
RİA Novosti xəbər verir ki, bunu İran Parlamentinin Şəhərsalma Komitəsi sədrinin müavini Əbu əl-Fadıl Musəvi Beyuki deyib.
İranlı deputatın sözlərinə görə, təyyarə “Qatar Airways” məxsus olub. O qeyd edib ki, ekipaj İran hava hərəkətini idarə edənlər və hava hücumundan müdafiə qüvvələri ilə əlaqə yarada bilib və layner normal şəkildə ölkənin hava məkanından keçib.
Beyuki güman edir ki, Qətər təyyarəsinin ekipajı göydə işığı gördükdən və hava müdafiəsi olduğundan şübhələndikdən sonra nəzarətçilərlə əlaqə qurmağa qərar verib.
Daha əvvəl “The New York Times” Ukrayna təyyarəsinin qəzaya uğramasının tam xronologiyasını yenidən hazırlayıb və dərc edib. Qeyd olunur ki, layner İranın Amerikanın hərbi obyektlərini vurması və hava hücumundan müdafiə qüvvələrinin istifadəsinə verilməsindən dörd saat sonra Tehrandan Kiyevə uçub.


Вернуться назад