Главная > Dünya > Son bir ayda 80 terrorçu zərərsizləşdirilib - Türkiyə MN

Son bir ayda 80 terrorçu zərərsizləşdirilib - Türkiyə MN


22-11-2020, 14:32. Разместил: azadses
Son bir ayda 80 terrorçu zərərsizləşdirilib.
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada son bir ayda 8-i böyük, 23-ü orta miqyaslı olmaqla 31 əməliyyatda 80 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
"Pençe" əməliyyatlarında bu günə qədər 348 terrorçunun zərərsizləşdirildiyi qeyd edilən məlumatda, Türkiyə Silahlı Qüvvələrinin Egey və Aralıq dənizində ölkənin və Şimali Kiprin hüquq və mənafelərini qoruyacaq təhlükəsizlik tədbirlərini davam etdirəcəyi vurğulanıb.

Вернуться назад