Главная > Dünya > Ermənistanda sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldı

Ermənistanda sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldı


21-11-2020, 16:16. Разместил: azadses
Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Marina Oqancanyan məlumat verib.

Daha əvvəl Akopyan ölkənin hərbi-siyasi rəhbərliyini Qarabağda vəziyyətin kəskinləşməsi zamanı səfərbərlik, silah alınması, silahlı qüvvələrin döyüş vəziyyətinə keçirilməsi ilə əlaqədar çoxsaylı səhvlərdə günahlandırıb.

XİX-dən bildiriblər ki, mətbuat konfransı ilə əlaqədar toplanan materiallar əsasında Akopyana qarşı “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə cinayət işi başladılıb.

Bu maddə üzrə maksimum cəza 6 il azadlıqdan məhrumetmədir.

Bundan öncə Ermənistan Müdafiə Nazirliyi Akopyanın silahlı qüvvələrin quruluşunu və hərbi hissələrin xüsusiyyətlərini açıqlayaraq son dərəcə təhlükəli açıqlamalar verdiyini bildirmişdi. Nazirlik onun söylədiklərinin açıqlanması cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnməli çox gizli məlumatlar olduğunu söyləmişdi.


Вернуться назад