Главная > Dünya > Paşinyan ordudakı vəziyyətdən çıxış yolu axtarır
Paşinyan ordudakı vəziyyətdən çıxış yolu axtarır21-11-2020, 11:33. Разместил: azadses |
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrində islahatların aparılmasının vacibliyini bildirib. ''Azad Səs'' "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə yeni müdafiə naziri Vaqarşak Arutyunyanı nazirliyin heyətinə təqdim edərkən danışıb. "Baş verənləri ciddi şəkildə təhlil etməli, harada və niyə səhv etdiyimizi, bu səhvlərdən nəticə çıxarmaq üçün nəyin lazım olduğunu anlamalıyıq. Ümumiyyətlə, orduda və silahlı qüvvələrdə islahatların aparılması zərurəti ilə üzləşdiyimiz açıqdır",-deyə Paşinyan qeyd edib. Paşinyan silahlı qüvvələrin uğurlu fəaliyyəti üçün "orduda və Silahlı Qüvvələrdə sağlam ənənələri pozmadan yeni bir məntiq, yeni taktika və strategiya qurmağın çox vacib olduğunu",-əlavə edib. Xatırladaq ki, Ermənistanın eks-müdafiə naziri David Tonoyan ötən gün istefa verib. Вернуться назад |