Главная > Dünya > Yerevanda aksiyanı oliqarxların üzümaskalı cangüdənləri dağıdıb
Yerevanda aksiyanı oliqarxların üzümaskalı cangüdənləri dağıdıb21-11-2020, 10:46. Разместил: azadses |
Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyanı dağıdan üzü maskalılarının hökumətə yaxın oliqarxların cangüdənləri olduğu açıqlanıb. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu noyabrın 21-də “Qraparak” yazıb. “Nümayişi dağıdanlar məğlub baş naziri müdafiə edən və utandıqları üçün üzünü gizlədən maskalı polislər deyildi. Onların çoxu malikanələrdə yığışan hökumətə yaxın oliqarxların cangüdənləri idi. Mühafizəçilər hökumətə qarşı olan etirazları dağıtmaq üçün üzlərinə maska taxıblar. Başqa bir anlaşılmazlıq isə üzü maskalı həmin “polislərin” yaxasında Çin dilində təyinatı yazılmış uniforma geyinməsidir. Onlar aksiya iştirakçılarına qarşı sərt davranırdı. Məsul şəxslər "polislər niyə belə geyinmişdi” sualımızı belə cavablandırdılar: “Polislər döyüşlərdə iştirak edib. Döyüşdən qayıtdıqlar üçün geyimləri yarasız hala düşmüşdü. Onlara belə formalar paylandı. Ermənicə polis yazılmasına vaxt çatmadı”, qəzet yazıb. Вернуться назад |