Главная > Dünya > Uqandada polislə toqquşmada 37 nəfər ölüb

Uqandada polislə toqquşmada 37 nəfər ölüb


20-11-2020, 15:51. Разместил: azadses
Uqandada etiraz aksiyasının iştirakçıları ilə polislər arasındakı toqquşma nəticəsində nümayiş iştirakçılarından azı 37-si ölüb.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.
Vurğulanıb ki, aksiya iştirakçıları noyabrın 18-də tutulmuş müxalif siyasətçi prezidentliyə namizəd Robert Kiaqulaninin (daha çox Bobi Vayn adl ilə tanınır) azadlığa buraxılmasını tələb edirlər.
Uqandada çıxan “Daily Monitor” qəzeti bildirib ki, hakimiyyət 800-dən çox aksiya iştirakçısını həbs edib.
Bobi Vayn Uqandanın şərqinə seçkiqabağı kampaniya ilə bağlı səfəri zamanı polis tərəfindən saxlanılıb. Ölkə paytaxtı Kampala ilə yanaşı, Uqandanın iri şəhərlərində, o cümlədən Masaki Mukono, Cincu, Mityanda müxalif prezidentliyə namizədinin sərbəst buraxılması tələbi ilə aksiya keçirilir.
Xatırladaq ki, noyabrın 3-də Uqanda Mərkəzi Seçki Komissiyası Bobi Vaynın prezidentliyə namizədliyini qeydə alıb. Seçki 2021-ci il noyabrın 14-də keçiriləcək.

Вернуться назад