Главная > Dünya > ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədi
ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədi19-11-2020, 08:09. Разместил: azadses |
Vaşinqton İranın doqquz şirkətinə və 47 təşkilatına qarşı növbəti sanksiya paketini təsdiqləyib. ''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Sanksiya siyahısına həmçinin İranın kəşfiyyat naziri Mahmud Ələvi və “Mostazafan” xeyriyyə fondu da daxil edilib. Vaşinqtonun məlumatına görə, Mahmud Ələvi insan hüquqları pozuntusu və 2019-cu ildə İrandakı etiraz aksiyası iştirakçılarına zorakılıq tətbiq etməkdə günahkar bilinir. Вернуться назад |